Modern.az

Göygöldə ağır qəza - Ölən və yaralananlar var

Göygöldə ağır qəza - Ölən və yaralananlar var

Hadisə

31 Avqust 2024, 06:46

Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb.

 

"Hyundai" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib.

 

Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və daha bir nəfər, 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB