Modern.az

Kəlbəcərdə maşın aşdı - Ölən var

Kəlbəcərdə maşın aşdı - Ölən var

Hadisə

1 Sentyabr 2024, 10:14

Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

 

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

 

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB