Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 2-də saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Modern.az-a Mərkəzdən bildirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölümü qeydə alınıb.