Modern.az

Avtomobil təmiri sexində YANĞIN

Avtomobil təmiri sexində YANĞIN

9 Sentyabr 2024, 13:44

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

 

***

13:24


Sumqayıt şəhərindəki avtomobil təmiri sexində başlayan yanğın qismən söndürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd olunub.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU