Gədəbəyin Çobankənd kənd sakini Nisə Abdullayeva qanaxma səbəbindən yaşadığı evdə vəfat edib.
Modern.az "oxu.az"a istinadən xəbər verir ki, üç uşaq anası olan qadının 24 həftəlik hamilə olduğu bildirilib.
Qeyd olunub ki, Perinatal Mərkəzə qadının cansız bədəni gətirilib.
Hadisə ilə bağlı TƏBİB Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 10-u saat 10:30-da 1996-cı il təvəllüdlü qadın yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həkiməqədər ölümü baş verib.
***
10.09.2024/ 21:57
Gədəbəy rayonunda qadın naməlum səbəbdən dünyasını dəyişib.
Modern.az "Report"a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
Qadının hamilə olduğu, ölüm səbəbinin isə hələ tam məlum olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.