Modern.az

Xocalıda yanğın - Əraziyə helikopterlər göndərildi - VİDEO

Xocalıda yanğın - Əraziyə helikopterlər göndərildi - VİDEO

Hadisə

11 Sentyabr 2024, 08:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

 

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.

 

Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri əraziyə cəlb olunub.

 

Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB