Modern.az

Şamaxıda dəhşətli cinayət: Ər-arvad bıçaqlandı, kürəkən tutuldu

Şamaxıda dəhşətli cinayət: Ər-arvad bıçaqlandı, kürəkən tutuldu

13 Sentyabr 2024, 08:10

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni, 1995-ci il təvəllüdlü Şeydayev Elbrus Eldəniz oğlu saxlanılıb.

 

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB