Modern.az

Şagird yoldaşını bıçaqlayan məktəbli ilə bağlı rəsmi açıqlama

Şagird yoldaşını bıçaqlayan məktəbli ilə bağlı rəsmi açıqlama

Hadisə

16 Sentyabr 2024, 15:04

Goranboy rayonu Səfikürd kənd tam orta məktəbində 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu şagird yoldaşı Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.

 

Modern.az mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, Sentyabrın 16-da Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:

 

“Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB