Modern.az

Sürücülük vəsiqəsini yeni alan tələbə piyadanı vurub öldürdü

Sürücülük vəsiqəsini yeni alan tələbə piyadanı vurub öldürdü

19 Sentyabr 2024, 09:40

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az "qafqazinfo"ya istinadən xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.

 

Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI