Modern.az

Naxçıvanda avtobus yandı

Naxçıvanda avtobus yandı

Hadisə

20 Sentyabr 2024, 09:22

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan şəhəri Xətai məhəlləsində "Hyudai" County markalı mikroavtobusda yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU