Modern.az

Sevdiyi qıza görə intihar etdi... 

Sevdiyi qıza görə intihar etdi... 

Hadisə

21 Sentyabr 2024, 21:33

Hacıqabul rayonunda 27 yaşlı Sultan Babayev sevdiyi qıza görə keçirdiyi sarsıntıdan həyatına qəsd edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında meşəlik ərazidə baş verib.

 

S.Babayev əvvəllər polis nəfəri kimi mühafizə alayında xidmət edib. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz müraciəti əsasında işdən çıxıb.

 

Ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, mərhum 3 bacının bir qardaşı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU