UEFA Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına start verilib.
Modern.az xəbər verir ki, yeni formatda keçirilən Liqa mərhələsinin ilk oyun günündə 9 qarşılaşma baş tutub. Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən Türkiyə “Qalatasaray”ı doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul edib. Görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin maraqla gözlənilən oyunlarından biri də İngiltərədə baş tutub. “Mançester Yunayted” Niderlandın “Tvente” komandasını sınağa çəkib. Matç qollu heç-heçə ilə nəticələnib - 1:1.