Modern.az

Yataqxanada yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Yataqxanada yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Hadisə

26 Sentyabr 2024, 15:20

Qusar şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5-i uşaq olmaqla 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU