Modern.az

Bakıda güclü yanğın: prospekt bağlandı, əraziyə təcili yardım göndərildi - VİDEO

Bakıda güclü yanğın: prospekt bağlandı, əraziyə təcili yardım göndərildi - VİDEO

Hadisə

27 Sentyabr 2024, 15:04

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

14:04

27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

 

Modern.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

 

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

 

Əlavə məlumat veriləcək.

 

***

13:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbindən hazırda 8 Noyabr prospektindən mərkəz istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi ilə birlikdə tədbirlər görülür.

***

13:44

 

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

1383287

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU