Modern.az

 Zaqatalada restoran yandı

 Zaqatalada restoran yandı

30 Sentyabr 2024, 09:32

Zaqatalada restoranda yanğın baş verib.

Modern.az-ın məlumatına görə, bu gün səhər saatlarında Zaqatala şəhəri. H. Əliyev prospekti 24 ünvanında fəaliyyət göstərən “Ailə” restoranının dam örtüyündən yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı dərhal alınıb.

Yanğın məhdudlaşdırılıb, tam söndürülmə prosesi gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza