Modern.az

Azyaşlılar arasında dava - Bir nəfər öldü

Azyaşlılar arasında dava - Bir nəfər öldü

2 Oktyabr 2024, 09:14

Oktyabrın 1-i Şəmkir rayon sakini yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Şəmkir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza