Modern.az

Salyanda maşın aşdı - Bir ailənin 6 üzvü yaralandı

Salyanda maşın aşdı - Bir ailənin 6 üzvü yaralandı

3 Oktyabr 2024, 07:50

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 6 üzvü xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

 

Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 2000-ci il təvəllüdlü Qurbanova Bənövşə Yaşar qızı, 1970-ci il təvəllüdlü Eynullayeva Nəzakət İdris qızı, 1997-ci il təvəllüdlü Qurbanova Gülxanım Ayaz qızı, 2021-ci il təvəllüdlü Qurbanova Gülsüm Ələkbər qızı, 2018-ci il təvəllüdlü Qurbanov Ələmdar Ələkbər oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Ələkbər Rəfail oğlu xəsarətlər alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır."Report"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU