Modern.az

Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Hadisə

5 Oktyabr 2024, 12:20

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 51 yaşlı R.Səfərov, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Mercedes” markalı avtomobildən planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı V.Pənahov saxlanılıblar.

Modern.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU