Modern.az

35 yaşlı kişi Kürdə BOĞULDU

35 yaşlı kişi Kürdə BOĞULDU

6 Oktyabr 2024, 18:41

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.

 

Modern.az-ın məlumatına görə, Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.

 

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Z.Abdullayev çayda balıq tutan zaman ehtiyatsızlıqdan suya yıxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir