Xəbər verdiyimiz kimi, Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib. Hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib. Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış diş həkimi olub.
Əslən Laçın rayonundan olan stomatoloqun 1 övladı var idi. O, Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.
Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.