İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xameneinin Azərbaycandan qaçan keçmiş nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejad bu günlərdə Tehranda görünüb.
Modern.az xəbər verir ki, Ocaqnejad Ayətulah Xameneinin 4 illik fasilədən sonra ötən həftənin cümə günü Tehranda düzənlədiyi namazda iştirak edib.
Xatırladaq ki, höccətülislam Ocaqnejad vaxtilə Azərbaycanda diplomatik statusla qeydiyyata düşmüş, amma öz statusuna uyğun fəaliyyət göstərməmişdi. Belə ki, onun ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, oradan mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilmişdi.
Məlim olmuşdu ki, Hüseyniyyə məscidində mütəmadi olaraq Azərbaycanın dövlət quruluşu, idarəçiliyi və hakimiyyətinə qarşı təbliğat aparılıb, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində milli, irqi, sosial və dini nifrətin, düşmənçiliyin təbliği işi qurulub.
Azərbaycanın müvafiq dövlət orqanlarının bütün bu faktlar, qanunsuzluqlar haqda məlumat əldə etdiyindən xəbər tutan Seyid Əli Əkbər Ocaqnejad 2021-ci iln oktyabrında Azərbaycanı tərk edərək İrana qaçmışdı.
Seyid Əli Əkbər Ocaqnejad 1991-ci ildə Azərbayacan gələrək Bakıda yerləşmiş, 1996-cı ildə isə İranın ali lideri Xameneinin Azərbaycan üzrə nümayəndəsi təyin olunmuşdu.
A.Qorxmaz