Modern.az

Putin Əliyevlə Paşinyana üçtərəfli görüş təklif edib, razılıq ala bilməyib

Putin Əliyevlə Paşinyana üçtərəfli görüş təklif edib, razılıq ala bilməyib

Hadisə

8 Oktyabr 2024, 13:40

Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bakı və İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik”, - o, müvafiq sualı cavablandırıb.

“Belə bir fikir var idi, lakin bəziləri tərəfindən dəstəklənməyib”.

Uşakovun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə ikitərəfli danışıqlar aparacaq.

İkitərəfli görüşlər MDB sammiti çərçivəsində keçirilir. Danışıqlarda əsas mövzu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsi olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU