Modern.az

Abşeronda sexdə YANĞIN

Abşeronda sexdə YANĞIN

Hadisə

9 Oktyabr 2024, 07:53

Abşeron rayonunda yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Fatmayı kəndində ümumi sahəsi 350 m² olan dülgər sexinin (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 176 m² sahədə, içərisində 2 ədəd dəzgah və 3 m³ taxta materiallar yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU