Modern.az

Ağdamda qəza - Xəsarət alan var

Ağdamda qəza - Xəsarət alan var

Hadisə

9 Oktyabr 2024, 17:40

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Maşında sıxılıb qalan yaralı, 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-nin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza