Modern.az

Toya gedən müğənni və prodüseri qəzaya DÜŞDÜ

Toya gedən müğənni və prodüseri qəzaya DÜŞDÜ

Hadisə

12 Oktyabr 2024, 15:46

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb. 

Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara bədənin küt travması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU