Modern.az

Paytaxdakı qəzaların əsas səbəbləri - Yol polisi açıqladı

Paytaxdakı qəzaların əsas səbəbləri - Yol polisi açıqladı

Hadisə

14 Oktyabr 2024, 12:32

Daxili İşlər Nazirliyinin tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları ötən doqquz ay ərzində 1463 yol-nəqliyyat hadisəsi qeydə alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) mətbuat xidmətinin rəhbəri Toğrul Nəsirli Modern.az-a bildirib ki, qurum tərəfindən baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütamadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Qəzaların baş vermə səbəblərinə diqqət yetirən qurumun əməkdaşı vurğulayıb ki, sürət həddinin aşılması, ara məsafəsinin düzgün saxlanılmaması, sükan arxasında telefondan istifadə, yol ayrıcı keçmə, manevr etmək və nasaz nəqliyyat vasitələrinin istismarı qəzaların əsas səbəbi kimi vurğulamaq mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU