Modern.az

Bakıda maşın iki piyadanı vurdu - Biri öldü

Bakıda maşın iki piyadanı vurdu - Biri öldü

Hadisə

15 Oktyabr 2024, 09:32

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Nəzir Əlilli idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.

Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU