Modern.az

Bakıda 2 ev yandı

Bakıda 2 ev yandı

Hadisə

16 Oktyabr 2024, 19:12

Bakı şəhərinin Nizami rayonunda 2 evdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.

 

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU