Xəbər verdiyimiz kimi, Tovuzda yanğın hadisəsi baş verib.
Modern.az-ın məlumata görə, yanğın Qovlar şəhərində yerləşən köhnə şərab zavodunda baş verib.
Yerli icra nümayəndəliyindən bildirilib ki, köhnə çəlləklərin alışması ilə baş verən kiçik yanğın qısa müddətdə söndürülüb: "Hazırda ərazidə təhlükə yarada biləcək heçnə yoxdur".
***
10:07
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
09:46
Tovuzda yanğın hadisəsi baş verib.
Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.