Modern.az

Bakıda torpaq SÜRÜŞMƏSİ

Bakıda torpaq SÜRÜŞMƏSİ

Hadisə

17 Oktyabr 2024, 13:30

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

 

O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:

 

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

 

Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU