Modern.az

Yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Hadisə

18 Oktyabr 2024, 09:32

Şəkidə 11 gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb.

Modern.az-ın məlumatına görə, oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib.

Avtomobildəki sərnişin, 27 yaşlı Leyla Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir