Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
***
22:22
Azərbaycan Ordusunun hərbçisi vəfat edib.
Modern.az “Unikal”a istinadən xəbər verir ki, mayor Famil Tağıyev bu gün ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki F.Tağıyev Şuşada yerləşən N saylı hərbi hissələrin birində çalışırmış.
Mərhum sabah Gəncədə dəfn ediləcək.