Modern.az

Bakı küçələrində çılpaq gəzdi: tibb müəssisəsinə yerləşdiriləcək - VİDEO

Bakı küçələrində çılpaq gəzdi: tibb müəssisəsinə yerləşdiriləcək - VİDEO

21 Oktyabr 2024, 13:56

Bakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və digər ərazilərdə çılpaq halda gəzən şəxsin görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.

 

DİN-in Mətbuat Xidmətindən "qafqazinfo"ya bildirilib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

 

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU