Modern.az

Bakıda ailə faciəsi: Ər-arvad dəm qazından zəhərlənib ÖLDÜ

Bakıda ailə faciəsi: Ər-arvad dəm qazından zəhərlənib ÖLDÜ

21 Oktyabr 2024, 15:54

Bakı şəhəri Sabunçu rayonu ərazisində ailə faciəsi yaşanıb.

 

Modern.az-ın məlumatına görə, evlərdən birində ər-arvadın cəsədi tapılıb. İlqar Mehdiyevin və həyat yoldaşının dəm qazından zəhərləndiyi güman edilir.

 

Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, hadisə barədə ilk xəbəri "lent.az" saytı yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU