Modern.az

Şəmkirdə ağır qəza - 3 nəfər yaralandı

Şəmkirdə ağır qəza - 3 nəfər yaralandı

Hadisə

22 Oktyabr 2024, 08:42

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, "Səbət Bazarı" adlanan ərazinin yaxınlığında 2 avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü R.Rzayev, 1977-ci il təvəllüdlü İ.Hüseynova və 1949-cu il təvəllüdlü S.Məmmədrzayev xəsarət alıb.

 

Eyni zamanda, qəzanın zərcirvari olduğu, bir neçə avtomobilin toqquşduğu da bildirilir.

 

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir