Modern.az

Qəbələdə ölümlə nəticələnən yol qəzası

Qəbələdə ölümlə nəticələnən yol qəzası

27 Oktyabr 2024, 12:07

Bu gün səhər saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, “VAZ 21015” markalı avtomobil Qəbələ rayonunun Soltannuxa kənd ərazisindən Əmili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı beton su kanalına düşüb.

 

Qəza nəticəsində avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarətləri alıb.

 

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU