Modern.az

Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Hadisə

28 Oktyabr 2024, 11:14

Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol qəzası baş verib.

Modern.az xəbər verir ki, prospektdə “Toyota Prado” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də zərər dəyib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir