Modern.az

69 yaşlı qadın, qızı və nəvəsi dəm qazından ZƏHƏRLƏNDİ

69 yaşlı qadın, qızı və nəvəsi dəm qazından ZƏHƏRLƏNDİ

Hadisə

28 Oktyabr 2024, 16:38

Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.

2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

 

***

11:56

Sumqayıt şəhərində qadın dəm qazından boğulub.

Modern.az-ın məlumatına görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, 1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova dəm qazından boğularaq ölüb.

Hadisə zamanı Şövkət Süleymanovanın qızı və nəvəsi da evdə olub. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU