Modern.az

​​​​​​Avtobus qırmızı işıqda keçdi, faciə yaşandı - 2 ölü

​​​​​​Avtobus qırmızı işıqda keçdi, faciə yaşandı - 2 ölü

Hadisə

30 Oktyabr 2024, 07:44

Bakıda avtobus qırmızı işıqda keçərək qəza törədib.

Modern.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Mehdiyev Əkbər Ağamalı oğlu idarə etdiyi "Karsan" markalı avtobusla işıqforun qırmızı işığda dayanmayaraq hərəkətə davam edib.

İşıqforun yaşıl işığında Binəqədi şossesi istiqamətində hərəkətə başlayan "Opel-Corsa" markalı avtomobillə, “Opel Carsa” da "Changan" və "Hyundai Santa Fe" markalı avtomobillərlə toqquşaraq zəncirvari qəza edib.

Hadisə nəticəsində "Opel- Corsa"nın sürücüsü Azər Əyyubov və sərnişin Cavid Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU