Modern.az

Toydan çıxan kişini maşın vurub

Toydan çıxan kişini maşın vurub

30 Oktyabr 2024, 07:57

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində baş verib.

 

1985-ci il təvəllüdlü Babayev Sadiq Şakir oğlu şadlıq sarayından çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onu nəqliyyat vasitəsi vurub.

 

Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

 

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir