Modern.az

Ailə faciəsi - Ər arvadını öldürdü, özünü asdı

Ailə faciəsi - Ər arvadını öldürdü, özünü asdı

30 Oktyabr 2024, 08:40

Oktyabrın 29-da saat 22 radələrində Nizami rayonu ərazisində mənzillərdən birində 2 nəfərin ölümü ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlərlə xəsarət yetirərək öldürməsi, daha sonra intihar etməsi müəyyən edilib. 

Nizami rayon prokurorluğunda faktla bağlı 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU