Modern.az

"Hamımız yolda yatmışdıq, qəza anında oyandıq"

"Hamımız yolda yatmışdıq, qəza anında oyandıq"

Hadisə

30 Oktyabr 2024, 13:48

2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları qəzaya düşüb.

 

Qurumun avtomobili Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov və bir neçə əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Modern.az-ın məlumatına görə, Elxan Səmədov qəza ilə bağlı danışıb. O bildirib ki, Azərbaycan Kubokunda "Qarabağ" - MOİK matçına hazırlaşmaq üçün Xankəndiyə səfər etmişdilər.

 

"Bununla məşğul idik. İşlərimiz çox idi. Bu səbəbdən qərara gəldik ki, Bakıdan gecə yola çıxaq. Hamımız yolda yatmışdıq, qəza anında oyandıq. Həmin anları çox xatırlamaq, bu barədə danışmaq istəmirəm. Həqiqətən çox ağır qəza idi", - Elxan Səmədov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU