Modern.az

Naxçıvanda "Toyota" yandı

Naxçıvanda "Toyota" yandı

Hadisə

31 Oktyabr 2024, 09:44

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bəbək rayonu Badaşkan kəndində "Toyota" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, hadisə yerinə dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir