Modern.az

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Hadisə

1 Noyabr 2024, 10:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 nəfərin liftdə qalması, Suraxanı rayonu ərazisində mənzildə 2 azyaşlının bağlı qapı arxasında qalması, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.

Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir