Modern.az

Salyanda dəhşət: iki qadın yaralandı

Salyanda dəhşət: iki qadın yaralandı

Hadisə

1 Noyabr 2024, 23:31

Salyan rayonunda yol qəzası olub, yaralananlar var.

 

Modern.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində Salyan şəhər sakinləri – 1962-ci il təvəllüdlü Bağırova Bikəxanım Abdulhəsən qızı və 1985-ci il təvəllüdlü Mənəfova Vüsalə Sabir qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU