Modern.az

Şəhidimizin ailəsində FACİƏ: Ana və bacısı öldü - FOTO

Şəhidimizin ailəsində FACİƏ: Ana və bacısı öldü - FOTO

Hadisə

2 Noyabr 2024, 21:52

Zaqatalada iki nəfər dəm qazından zəhərlənib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

 

Belə ki, 1983-cü il təvəllüdlü İrapova Nayimə və 2009-cu il təvəllüdlü İrapova Havva dəm qazından zəhərlənərək Zaqatala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə, zərərçəkənlər Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.

 

İsmayıl Nəsrulla oğlu İrapov 2002-ci il fevralın 23-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub. 

 

O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

 

Hərbçimiz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 

İsmayıl İrapov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Əliabad qəsəbəsində torpağa tapşırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU