Modern.az

Şəkidə üçotaqlı evdə yandı

Şəkidə üçotaqlı evdə yandı

Hadisə

4 Noyabr 2024, 07:57

Şəkidə üçotaqlı evdə yanğın olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Baltalı kəndində qeydə alınıb.

 

Yanğın nəticəsində Baltalı kənd sakini Camal Hüseynova məxsus, ümumi sahəsi 130 kvadratmetr olan ev əşyaları ilə birlikdə eləcə də mənzilə bitişik 80 kvadratmetrlik tikili yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Yanğının başvermə səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU