Modern.az

69 yaşlı qadını maşın vurub öldürdü

69 yaşlı qadını maşın vurub öldürdü

4 Noyabr 2024, 15:24

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?