Modern.az

Çoban müdirin silahı ilə özünü ÖLDÜRDÜ

Çoban müdirin silahı ilə özünü ÖLDÜRDÜ

Hadisə

6 Noyabr 2024, 11:06

Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində intihar hadisəsi baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 08 radələrində Kamallı kənd sakini Faiq Həsənova məxsus fermada çoban işləyən Bakı sakini 1977-ci il təvəllüdlü Nikolay Mixayiloviç Lanşov özünü güllələyib.

O, baş nahiyəsinə tüfəngdən atəş açaraq həyatına son qoyub.

Hadisə yerindən F.Həsənova məxsus müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı