Modern.az

Maşın ağaca çırpıldı: parça-parça oldu

Maşın ağaca çırpıldı: parça-parça oldu

Hadisə

6 Noyabr 2024, 15:53

Oğuzda avtomobil ağaca çırpılıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobil bir neçə hissəyə bölünüb. Sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi